Dinşünaslıq


Azərbaycan İlahiyyat İnstitutu Nizamnaməsinin 5.4-cü bəndinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli, 595 №-li əmri ilə təsdiq edilmiş “Ali məktəblərin kafedraları haqqında müvəqqəti Əsasnamə”nin 15-ci bəndinə əsasən, Dinşünaslıq kafedrasının yaradılması barədə rektora müraciət edilmişdir. İnstitut Nizamnaməsinin 5.11.6-cı bəndinə əsasən, İnstitut Elmi Şurasının 13.09.2018-ci il tarixli iclasının qərarı ilə Dinşünaslıq kafedrası yaradılmışdır.

Dinşünaslıq kafedrası ali təhsilin bakalvr təhsil pilləsində Dinşünaslıq üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.
Dinşünaslıq kafedrası ali təhsilin magistratura təhsil pilləsində Dinlərin tarixi, Dinin psixologiyası, Dinlərin sosiologiyası və İslamşünaslıq üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.
Kafedranın məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin edən, yüksək dini biliklərə malik olub cəmiyyətin dini-mənəvi maarifləndirilməsi prosesində aktiv iştirak edən, milli-mənəvi dəyərləri mənimsəyərək fərdlərin öz mədəniyyətini tanımasına və qorumasına xidmət edən, habelə ümumbəşəri dəyərlərə sahib çıxaraq digər inanc, din və mədəniyyətlərə qarşı hörmət və tolerantlıq göstərməyi aşılayan, müxtəlif inanc, din və düşüncəyə sahib fərdlərin cəmiyyətdə sülh və bərabərlik prinsipləri çərçivəsində yaşamasına səy göstərən, cəmiyyətdə dini radikal düşüncələrin yaranmasının və yayılmasının qarşısını alan və bu sahədə maarifləndirici elmi tədqiqat fəaliyyətində aktiv iştirak edən mütəxəssislər yetişdirməkdir.

Вверх
alt menü