"Heydər Əliyev siyasəti və din təhsili"

07 Май, 2019

Azərbaycan İlahiyyat İnstitutunda 7 may 2019-cu il tarixdə saat 11:00-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev siyasəti və din təhsili" mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Konfransın istiqamətləri:
1. Heydər Əliyev və Azərbaycanda din siyasəti.
2. Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdış.
3. Azərbaycanda dini dözümlülük ənənələrinin möhkəmlənməsində Heydər Əliyevin rolu.
4. Heydər Əliyev və gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi.
5. Multikultural və tolerant ənənələrin qorunmasında Heydər Əliyevin xidmətləri.
6. Azərbaycanda dini-tarixi abidələrin bərpasında Heydər Əliyevin rolu.
7. Heydər Əliyev və İslam həmrəyliyi.
8. Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu.
9. Heydər Əliyev və din təhsilinə dövlət qayğısı

Xülasələrin göndərilməsi üçün son tarix: 25.04.2019.
Məqalələrin göndərilməsi üçün son tarix: 20.05.2019.

Xülasənin formatı: Mətn “A4” formatda, “Times New Roman” şriftində, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, rus, türk, ingilis, ərəb dillərində qəbul edilir (min. 300 söz).
Xülasə və məqalələr elektron qaydada Aİİ-nin aşağıdakı elektron ünvanına göndərilməlidir:
[email protected]

Вверх
alt menü