2019/2020-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslərin nəzərinə:

22 Июнь, 2019

2019/2020-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslər 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək Azərbaycan İlahiyyat İnstitutuna (Əhməd Cəmil küç. 41A, AZ1141) yaxınlaşaraq aşağıdakı sənədləri təqdim etməlidirlər :

1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti
2. Əvvəlki illərin məzunları üçün diplomun əsli və surəti, cari ilin məzunları üçün təhsil aldıqları ali təhsil müəssisəsindən ixtisasın tam kursunu müvəffəqiyyətlə başa vurması haqqında arayış
3. Hərbi biletin əsli və surəti
4. Tərcümeyi hal
5. 4 ədəd 3X4 sm ölçülü fotoşəkil
6. Sağlamlıq haqqında arayış

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar institutun magistr tələbələri sırasına daxil edilməyəcək.

Əlaqə:
+994 12 510-65-45
Əhməd Cəmil küç. 41A, AZ1141
Azərbaycan İlahiyyat İnstitutu

Вверх
alt menü