“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransı panellərlə davam edib

26 November, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Azərbaycan şərqşünaslığının görkəmli nümayəndələrindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransı panellərlə davam edib.
Konfrans onlayn formada “ZOOM” proqramı üzərindən keçirilib.
Panellər Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlimuradov, Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun moderatorluqları ilə keçirilib.
Panellərdə professorlar İmamverdi Həmidov, Nəsrulla Məmmədov; fəlsəfə üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, filologiya elmləri doktoru Nəsib Göyüşov, dosentlər – Məmmədəli Babaşlı, Əsmətxanım Məmmədova, Könül Məmmədova, Səbinə Mirzəyeva, Zəkiyyə Əbilova, Rübabə Şirinova, Şahlar Şərifov və digər məruzəçilər çıxış ediblər.
Konfransda bağlanış nitqi ilə çıxış edən rektor Aqil Şirinov tədbir iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Vasim Məmmədəliyev adına təqaüd təsis ediləcək və Azərbaycan İlahiyyat İnstitutunun yaxşı nəticələr göstərən 3 tələbəsinə təqdim olunacaq. Rektor buna görə Şeyx Həzrətlərinə öz təşəkkürünü bildirib.

sub menu