Bakalavr

Bakalavr səviyyəsində təhsil iki istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilir.

İslamşünaslıq ixtisası üzrə standartlara İslam dininin teoloji, tarixi, sosioloji, psixoloji və fəlsəfi aspektlərdən öyrənilməsini təmin edən fənlər daxil edilib. Bu ixtisasın standartlarında ənənəvi İslam elmləri ilə yanaşı, dinləri müxtəlif yönlərdən tədqiq edən Din sosiologiyası, Din psixologiyası, Din fəlsəfəsi, Məzhəblər tarixi, Dinlər tarixi və s. fənlər öz əksini tapıb. İslamşünaslıq ixtisasına yiyələnənlərin həm din xadimi, həm də İslam dini üzrə mütəxəssis kimi fəaliyyət göstərmələri nəzərdə tutulub.

Dinşünaslıq ixtisası üzrə standartların hazırlanmasında Azərbaycan reallıqları nəzərə alınmaqla, Kaliforniya Dövlət Universiteti, Oksford, Kembric, Standford və dünyanın digər aparıcı universitetlərində mövcud olan “Dini tədqiqatlar” (Religious Studies) bölmələrinin standartlarından istifadə edilmişdir. Bu standartlara islam, yəhudilik, xristianlıq, hind və Çin dinləri kimi dünyada mövcud olan böyük dinlərin öyrənilməsini nəzərdə tutan fənlər daxil edilib. İstər İslamşünaslıq, istərsə də Dinşünaslıq ixtisaslarının standartlarında multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dilləri fənlərinin öyrədilməsi nəzərdə tutulub.

alt menü