“İlahiyyat” elmi-publisistik jurnalının növbəti sayı dərc olunub

06 Yanvar, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti sayı dərc olunub.
Doqquz rubrikadan ibarət jurnalda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.
Jurnalın budəfəki sayı “Rəsmi guşə” rubrikası ilə başlayır.
Aİİ rektoru Aqil Şirinovun müsahibəsi, “Təhsil innovasiyaları və onların tətbiqi” adlı məqalə “Təhsil” rubrikasında dərc olunub.
Jurnalın “Cəmiyyət və din” rubrikasında “İdeoloji təhlükəsizlikdə din amili”; “Ümumbəşəri dinlər”; “Sosial - psixoloji və din düşüncə sistemlərində dindəyişdirmə” və “Azərbaycan Xalq Cümhuriyyəti dövründə din tədrisi” adlı məqalələr dərc olunub.
“Sədrəddin Şirazi – Şərqdə transsendental fikrin banisi” adlı məqalə “Müsəlman mütəfəkkirlər” rubrikasında yer alıb.
“İlahiyyat” elmi-publisistik jurnalının “İslam əxlaqı” rubrikasında “İslamafobiya Qarabağ müstəvisində”; “İslamda ağıl: mahiyyəti və funksiyaları”; “İslamda qadının mövqeyi”; “Şəhidlik məqamı”; “Övlad tərbiyəsi” mövzusunda məqalələr çap olunub.
“Araşdırma” rubrikasında isə “Qloballaşan dünyada elmi araşdırmaların mahiyyəti; “Yalançı peyğəmbərlər”; “İbn Xaldunun bədəvi (səhrada köçəri həyat sürən ərəblər) ümran nəzəriyyəsinin analizi”; “Memarlıq abidələri canlı tarixin şahididir” başlıqlı məqalələr dərc olunub.
“Qurana görə insanın yaranması”; “Ölümün qardaşı – yuxu”; “Allah həddini aşanları sevmir”; “İmam Hüseyn (ə) və Kərbəla hadisəsi” və “Ədl” mövzusunda yazılar “Baxış bucağı” rubrikasında yerləşdirilib.
“Abidələrəmiz” rubrikasında “Hira: peyğəmbərliyə hazırlıq, yoxsa fikri böhran?!”; “Qubanın ən qədim Əbu Muslim məscidləri” başlıqlı məqalələr dərc edilib.
Jurnalın sonuncu “Ədəbiyyat” rubrikasında Valeriya Poroxova ilə müsahibə; “Qatil” adlı hekayə, “Bu yağışı dənə-dənə öpərəm” mövzusunda məqalə və “Minacat” adlı şeir yer alıb.
Qeyd edək ki, təsisçisi Azərbaycan İlahiyyat İnstitutu olan “İlahiyyat” elmi-publisistik jurnalının ildə 3 dəfə nəşr olunması nəzərdə tutulub.

alt menü