2020/2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslərin nəzərinə

01 İyul, 2020

2020/2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslər 2020-ci il iyul ayının 6-dan 15-dək aşağıda qeyd olunmuş sənədlərin skan olunmuş versiyasını info@ait.edu.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.


Sənədlərin siyahısı:
1. Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti
2. Cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən məzun olduqlarına dair arayış
3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti
4. 3X4ölçüdə 4 ədəd şəkil
5. Tərcümeyi-hal
6. Sağlamlıq haqqında tibbi arayış
7. Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə
8. Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı


Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən şəxslər institutun magistr tələbələri sırasına daxil edilməyəcək.


Əlaqə:
+994 50 254 40 90

alt menü